Azərbaycan yığmasının rəqibi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığmasının rəqibi yoldaşlıq oyunu keçirəcək
İDMAN
19:28 25.08.2022
306
Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan seçməsi yoldaşlıq oyunu keçirəcək.

Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.

Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.

Qeyd edək ki, Qazaxıstan yığması 10 xalla C Liqasının 3-cü qrupunda liderdir. 4 xala malik Azərbaycan komandası 3-cü pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR