Azərbaycan yığmasının rəqibləri də qələbəsiz qaldı

Azərbaycan yığmasının rəqibləri də qələbəsiz qaldı
İDMAN
11:56 15.11.2012
1169
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən heç biri noyabrın 14-də keçirdikləri yoldaşlıq görüşlərində qələbə qazana bilməyib.
AZXEBER.COM-un məlumatına görə, hazırda F qrupuna başçılıq edən Rusiya yığması evdə ABŞ-la, Portuqaliya isə səfərdə Qabonla heç-heçə edib – 2:2.Digər rəqiblərdən İsrail Belarusa, Lüksemburq Şotlandiyaya uduzub – 1:2.Türkiyə millisi tarixi ərzində keçirdiyi 500-cü matçında Danimarkanı yenə bilməyib – 1:1. İsveç İngiltərəni Zlatan İbrahimoviç pokeri sayəsində məğlub edib – 4:2. İspaniya Panamanı darmadağın edib – 5:1. Fransa İtaliyaya qalib gəldiyi halda, Hollandiya – Almaniya və Səudiyyə Ərəbistanı – Argentina matçlarında hesab açılmayıb – 0:0.Postsovet məkanına gəldikdə, Ukrayna Bolqarıstana 1:0, Ermənistan Litvaya 4:2 hesabı ilə qalib gəlib, Estoniya BƏƏ-yə 1:2 hesabı ilə uduzub, Gürcüstan isə Misiri yenə bilməyib – 0:0.
OXŞAR XƏBƏRLƏR