"Azərbaycan öz maraqlarını qorumaq üçün bu addımı atıb" - Azər Həsrət

"Azərbaycan öz maraqlarını qorumaq üçün bu addımı atıb" - Azər Həsrət
SİYASƏT
16:20 14.07.2025
389
Xəbər verdiyimiz kimi, Rusiyanın son illər mediadan istifadə edərək digər ölkələrə qarşı kampaniyalar təşkil etməsi adət halını alıb.

"Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları ilə bağlı Rusiya Jurnalistlər ittifaqı beynəlxalq təşkilatlara müraciət edib.  

Mətbuat Şurası da bununla bağlı mövqeyini və faktları qeyd edib.  

Məsələyə münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət AZXEBER.COM-a açıqlamasında jurnalist adı altında fəaliyyət göstərən şəxslərin əsas işlərinin Azərbaycanda kəşfiyyat məlumatları yığmaqla ictimai rəyə təsir etməklə məşğul olduqlarını deyib:

"Rusiya Jurnalistlər İttifaqının bu müraciəti ikiyüzlülüyün və faktları təhrif etmənin bariz nümunəsidir. Onların özləri də yaxşı bilirlər ki, Azərbaycanın saxladığı adamlar jurnalist deyillər. Onlar jurnalist adı altında Azərbaycanda kəşfiyyat məlumatları yığmaqla, ictimai rəyə təsir etməklə məşğul olublar. Ona görə də Azərbaycan dövləti əlbəttə ki, öz maraqlarını qorumaq üçün bu adamları atmalı olub. Hələ Rusiya tərəfi unutmamalıdır ki, Azərbaycan bu informasiyaya sahib olduğu halda həmin adamların ölkədən rahat bir şəkildə getməsi üçün də imkan yaradıb. Hamımız yaxşı xatırlayırıq ki, 2025-ci ilin fevral ayında Azərbaycanda "Sputnik Azərbaycan"ın fəaliyyətinin dayandırılması və sadəcə bir müxbir postunun məntəqəsinin təsis edilməsi ilə bağlı bu quruma müraciət edilmişdi, müvafiq informasiyaya göndərilmişdi".

Ekspert həmçinin bildirib ki, Azərbaycan onlara qarşı qanun çərçivəsində tədbir görüb:

"Bununla da Azərbaycan nəzakətli bir şəkildə onlara demişdi ki, yəni sizin nə işlə məşğul olduğunuzu bilirik ki, ona görə də dövlətlər arası münasibətlərə xələl gəlməsin deyə sizə bu şansı tanıyırıq ki, çıxın gedin, biz sizə toxunmayaq. Amma təəssüflər olsun ki, onlar Azərbaycanın bu xoşməramlı çağırışını inkar etdilər, getmədilər, əksinə büro olaraq qalıb fəaliyyətlərini davam etdirdilər. İndi də Azərbaycan təbiidir ki, qanun çərçivəsində onlara qarşı tədbir gördü və bu zamanda Rusiya Xüsusi Xidmət Orqanlarının agentləri olan iki nəfərin jurnalist adı altında fəaliyyət göstərməsi ilə bağlı informasiyada ictimailəşdirildi. Yəni, Rusiya Jurnalistlər İttifaqı bunu bu detallarına qədər bilir, necə ki, biz bilirik. Amma buna baxmıraq, utanmadan Beynəlxalq Jurnalist və İnsan Haqları qurumlarına müraciət edirlər və Azərbaycanı hər şeydə ittiham edirlər. Təbiidir ki, Azərbaycan bunu cavabsız qoymur".

Azər Həsrət bildirib ki, Rusiya dünyada azad medianın olmadığı olkədir:

"İlkin cavab Mətbuat Şurasından gəldi, belə də olmalı idi və o cavab artıq Beynəlxalq Jurnalist qurumlarına da, İnsan Haqları təşkilatlarına da göndərilir və təbidir ki, önümüzdəki günlərdə də daha geniş tirajlanacaq. Yəni, onların deyəcəyi varsa, bizim də deyəcəyimiz var. Mənə elə gəlir ki, Rusiya Jurnalistlər İttifaqı Azərbaycanla deyil, elə öz ölkəsinin içində  məşğul olsa daha məqsədə uyğun olar. Çünki Rusiya dünyada ümumiyyətlə azad medianın olmadığı bir ölkədir. Hətta adi internet, sosial şəbəkələr belə bu ölkədə artıq əlçatan deyil. Ukrayna torpaqlarını işğal edən Rusiya interneti də elə əngəlleyir ki, insanlar fərqli informasiya əldə edə bilməsin. İndi niyə Rusiya Jurnalistlər İttifaqı bunu qoyub da xüsusi xidmət orqanlarının, agentlərinin saxlanılmasını jurnalistika məsələsi kimi dünyaya yaşatdırmağa çalışır? Məncə əvvəlcə bir özlərinə baxsınlar, özləri ilə məşğul olsunlar. Təbidir ki, deyəcəkləri varsa bizim də deyəcəyimiz var. Zatən Azərbaycan da o Azərbaycan deyil ki, yerindən duran üstümüzə gəlsin".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb