Azərbaycan öz qüvvəsinə arxalanan bir dövlətdir və öz qonşuları üçün heç bir təhlükə törətmir.
AZXEBER.COM xəbər vetir ki, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bu gün keçirilən “Şərq cğmiyyətləri: ənəmə və müasirlik” mövzusunda MDB ölkələri gənc şərqşünaslarının II qurultayında deyib.O bildirib ki, Azərbaycan əməkdaşlığa açıqdır.“SAM artıq 6 ildir ki, fəaliyyətdədir və bu dövr ərzində hansı istiqamətlərin dünya ekspertləri üçün maraqlı olduğunu özü üçün müəyyənləşdirib. Azərbaycan öz geosiyasi mövqeyi etibarilə həm Avropa həm də Asiyada baş verən proseslərin tərkib hissəsidir. Həmçinin türk dünyasında baş verən proseslərin bir hissəsir”.F.Məmmədov deyib ki, Azərbaycan artıq 200 ildir ki, Rusiya ilə yaxın əlaqədədir və 1000 ildən artıqdır ki, İran məkanı ilə bağlantıdadır.“Bütün bunlara nəqliyyat, energetika və münaqişə kimi mövzuları da əlavə etsək Azərbaycanın ekspertlər üçün niyə bu qədər maraqlı olduğunu anlayarıq. Rəhbərlik etdiyim quruma Azərbaycanı araşdırmaq istəyən yüzlərlə ekspertin müraciəti daxil olub və biz də artıq bir çox ölkə ilə yaxşı dostluqlar qurmuşuq”.