“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat

“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
SİYASƏT
16:53 24.08.2026
747
"Dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab vermək Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının və müttəfiqliyinin tarixini öyrənmək kifayətdir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. 

O deyib ki, Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər nümunəvi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir:

"Bu gün dünyada dövlətlər arasında müəyyən etimadsızlıq mühiti hökm sürür. Bu reallıq fonunda dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab vermək üçün qalın-qalın kitablar oxumağa, böyük tədqiqat işləri aparmağa ehtiyac yoxdur. Yetər ki, Azərbaycan–Özbəkistan dostluğu, qardaşlığı və müttəfiqliyinin tarixini öyrənəsən. Bu istiqamətdə həm Azərbaycan, həm də Özbəkistan siyasi liderlərinin atdığı unikal addımların xronologiyasını və onun məzmununu araşdırasan. Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər nümunəvi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana səfərlərinin sayının son 5 ildə 15-ə çatması özü mühüm göstəricidir. Azərbaycan Prezidenti artıq üçüncü dəfədir ki, Özbəkistanda dövlət səfərində olur. Bu səfərlər çərçivəsində münasibətlərimiz özünün ən yüksək nöqtəsində müttəfiqlik səviyyəsinə qalxıb. Həm də Azərbaycan Prezidentinin 2023–2025-ci illərdəki Özbəkistana dövlət səfərləri və 2024-cü ildə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində Azərbaycan–Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırılması ilə bağlı bir müqavilə imzalandı. Eyni zamanda, Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı Bəyannamə imzalanmışdır. Bu, son dərəcə mühüm, strateji əhəmiyyətli sənədlərdir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin avqustun 20-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində də ikitərəfli və çoxtərəfli münasibətlərimizin geniş spektrində olan məsələlərə aydınlıq gətirildi və məlum oldu ki, bizim münasibətlərimiz bütün parametrlər üzrə dərin dinamik inkişaf tempinə malikdir. Ümumi tarixi köklərimiz, mədəniyyətimiz, dilimiz, ənənələrimiz çox mühüm təməldir. İlham Əliyev və Şavkat Mirziyoyev böyük müdriklik nümunəsi göstərərək,  tarixi ənənələrə söykənərək ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırmağa nail olublar. Bu bütün sahələrdə özünü göstərir: siyasi dialoq yüksək səviyyədədir, iqtisadi-ticarət əlaqələrimiz əvvəlki illə müqayisədə üç dəfədən çox artıb”.

Parlamentari qeyd edib ki, iki ölkə arasında bütün əlaqələr inkişad edir:

"İki dövlətin ticarət dövriyyəsi ötən il 795 milyon dolları keçib. 2026-cı ilin ilk beş ayı ərzində isə 33 faiz artım qeydə alınıb və 144 milyon dollarlıq dövriyyə baş verib. İki dövlət arasında yük daşımaların səviyyəsi nəqliyyat sahəsində ciddi nailiyyətlər var və bu səviyyələrin artımı özünü göstərir. Keçən il 1,4 milyon ton yük daşımalar həyata keçirilib.
Humanitar əlaqələr inkişaf edir və 2023-2025-ci ildə Azərbaycan Özbəkistan Mədəniyyət Günlərinə ev sahibliyi edib. 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyət Günlərinə ev sahibliyi edib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana növbəti dövlət səfəri ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün unikal imkanlar və yeni perspektivlər açmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yeni Daşkənd şəhərində Azərbaycan Parkının təməlini qoydular. Eyni zamanda, Azərbaycan Prezidenti və Özbəkistan Prezidenti Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdən xoş təəssüratlarını da bölüşdülər. Azərbaycan Prezidenti Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan "Yeni Daşkənd” ilə tanış oldu. Azərbaycan və Özbəkistan prezidentlərinin birgə bəyanatında ikitərəfli münasibətlərimizin çox geniş inkişafına diqqət yetirilir. 
2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şuranın sadəcə üçüncü iclasının əhəmiyyətini çox yüksək qiymətləndirirlər. Bu müzakirələrdə həm siyasi, həm iqtisadi, ticarət, nəqliyyat, logistika, enerji, təhsil, mədəniyyət və digər sahələr üzrə nəticələr göz qabağındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Daşkənddə Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi zamanı da vurğuladı ki, biz fəxarətlə qeyd edirik ki, ikitərəfli əlaqələrimiz o səviyyəyə gəlib çatıb ki, biz artıq öz dostluğumuzu və qardaşlığımızı əbədiləşdiririk”.

"Bütün bunlar bir daha onu göstərir ki, əlaqələrimiz çox sürətlə inkişaf edir və hər iki dövlətin rəhbərləri bu qənaətə gəliblər ki, biz bütün beynəlxalq platformalarda birlikdə çıxış etməliyik, birgə mövqe ortaya qoymalıyıq, əlaqələndirilmiş mövqe nümayiş etdirməliyik. Beləliklə, bizim gücümüz daha da artmalı, bu güc təkcə ikitərəfli formatda deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənməlidir. 
Bu səfərin ən yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanda Ali Dövlət Mükafatı – Ali Dostluq Ordeni ilə təltif edilməsi oldu. Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev Azərbaycan Respublikasının ən ali ordeni – Heydər Əliyev Ordeni ilə təltif edildi. Doğrudan da, hər iki ölkə başçısı ölkələrinin inkişafına müstəsna töhfələr verən liderlərdir. Liderlər Azərbaycan–Özbəkistan dostluğunun, qardaşlığının möhkəmləndirilməsinin inkişafına çox böyük dəstək veriblər. Onların fəaliyyəti təsdiqləyir ki, bundan sonra da hər iki siyasətçinin səyləri öz bəhrəsini verəcək”, - deyə deputat qeyd edib.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb