Azərbaycan Üzgüçülük Federasiyası idmançılar üçün seminar keçirdi - FOTOLAR

İDMAN
13:10 24.12.2024
254
Azərbaycan Üzgüçülük Federasiyasının və ölkənin aparıcı psixoloji mərkəzlərindən birinin təşkilatçılığı ilə ölkənin Su polosu üzrə Milli komandasının üzvləri üçün "Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, federasiyanın mətbuat xidmətindən verilən məlumata görə görüşdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılıb. Çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə "Ağ ölüm” adlandırılan və cəmiyyətmizin əsas bəlalarından olan narkomaniya, onun fəsadları, yarada biləcəyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb. O vurğulayıb ki, idmançıların fiziki durumları ilə yanaşı sağlamlıqları, psixoloji durumlarının yüksək səviyyədə olması çox önəmli məsələdir:

"Əgər idmançılarımızın yüksək nəticələr qazanmasını istəyiriksə və hamılıqla buna çalışırıqsa bunun üçün onların həm fiziki, həm də psixoloji-mental hazırlığının birgə vəhdətini formalaşdırmalıyıq. Bunun üçün komandaların məşqçilər korpusu ilə yanaşı psixoloq, dietoloqların məsləhətləri də faydalı olacağını düşünürük. Bu gün biz hamılıqla "Narkomaniyaya yox” dedik. O cümlədən də dəyərli mütəxəssislərimiz idmançılarımıza öz sahələri üzrə məsləhətlərini verdilər. Belə seminarlar davamlı olacaq və federasiyanın tabeliyində olan digər idman növləri üzrə olan idmançılara da keçiriləcəkdir” deyə T.Abdullazadə əlavə edib.

Sonra ölkənin aparıcı psixoloji mərkəzinin rəhbərliyi və psixoloqları idmançılar üçün mühazirələrlə çıxış etdilər. Onlar da narkomaniyanın dəhşətli fəsadları, cəmiyyətə vurduğu ziyanlardan danışdılar.

Çıxış edən Su polosu üzrə milli komandanın baş məşqçisi, yunanıstanlı mütəxəssis Panayotis Xronopulos bu seminarların çox böyük effekti olacağını bildirdi. Onun sözlərinə görə idmançıların fiziki durumu ilə yanaşı mənəvi və psixoloji vəziyyəti də önəmli məsələdir.

Seminarda o da vurğulandı ki, bu kimi tədbirlər davamlı olacaq və müntəzəm təşkil ediləcəkdir.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb