Azərbaycan ziyalılarından etiraz: “Sputnik Azərbaycan” bağlanmalıdır”

Azərbaycan ziyalılarından etiraz: “Sputnik Azərbaycan” bağlanmalıdır”
MEDIA
13:17 16.04.2022
428
Son zamanlar Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın Azərbaycana qarşı apardığı təxribatlar böyük bir planın tərkib hissəsi kimi üzə çıxmağa başlayıb. Ölkə ictimaiyyəti bunun qarşısının vaxtında alınmazsa, ciddi fəsadlar verəcəyindən narahatdır. Çünki Marqaritanın birbaşa əlindən su içən "Sputnik Azərbaycan” adlı bir qurum Bakının mərkəzində fəaliyyət göstərir.

Hətta onun rəhbərliyinə Abxaziyadan separatçı çalışmaları ilə tanınan birisi də rəhbər gətirilib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Azərbaycanın maraqlarına cavab verməyən "Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidir:

"Heç kimə sirr deyil ki, "Sputnik” bütün dünyada fəaliyyət göstərən media adına Rusiyaya işləyən bir casus şəbəkəsidir. Azərbaycanda da onların həm media, həm də mədəniyyət mərkəzləri adı altında fəaliyyət göstərən ciddi casus şəbəkəsi var. Burada zaman-zaman "5-ci kolon”un müxtəlif üzvləri görüşür, konkret tədbirlər keçirir və Azərbaycanın əleyhinə olan məsələləri müzakirə edirlər. Onların ölkəmizdə meydan sulamalarına göz yummaq olmaz. "Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyətinə son qoyulmalıdır. Çünki onlar Azərbaycanın əleyhinə işləyir. Simonyan deyir ki, Qarabağ Rusiyaya birləşdirilməlidir. Belə bir insanın rəhbəri olduğu strukturun filialının Azərbaycanda fəaliyyətini davam etdirməsinə necə göz yuma bilərik?”

Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, "Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır:

"Marqarita Simonyanın bu cəfəng açıqlaması gülünc doğurur. Ukrayna ordusunun zərbəsilə Qara dənizin dibinə enən "Moskva krayseri” də Simonyan kimi artıq heç nəyə yaramır. Simonyanı biz özümüz də elə Qarabağa birləşdirəcəyik.

Gətirəcəyik ora və orada Azərbaycan əsgərindən üzr istəyəcək. Onda o anlayacaq ki, başqasının torpağını kiməsə vermək nə deməkdir. Çünki şəhid olan Azərbaycan əsgərlərinin ölümündə Simonyan kimi tərbiyəsizlərin, faşistlərin böyük rolu var. "Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır. Hər halda dövlət bu məqamları diqqətə almalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO