“Azərbaycana 3 xal dalınca gedəcəyik” – Şimali irlandiyalı futbolçu

“Azərbaycana 3 xal dalınca gedəcəyik” – Şimali irlandiyalı futbolçu
İDMAN
18:30 16.11.2016
1262
"Yığmanın heyətində 50 oyun keçirmək möhtəşəm hissdi. Ötən illər ərzində həm komandam gündən-günə gücləndi, həm də özüm şəxsi göstəricilərimi yaxşılaşdırdım. 50-ci matça kapitan sarğısı ilə çıxmaq unudulmaz an kimi yaddaşımda qalacaq”.
 
Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Nayall MakQinn deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi üzərində böyükhesablı (4:0) qələbə qazanan Şimali İrlandiya dünən yoldaşlıq görüşündə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub. Bu, 29 yaşlı futbolçunun milli komandasında 50-ci matçı olub. Xorvatiya ilə görüşə kapitan qismində çıxan MakQinn yerli mətbuata açıqlamasında onun üçün Azərbaycanla görüşün nəticəsinin daha vacib olduğunu bildirib: "2016-cı ili major notda bitirdiyimi deməliyəm. Bu il Avropa çempionatının final mərhələsində iştirak etdim, hətta qol da vurdum. Amma bizim üçün hər oyunun ayrı önəmi oldu. Seçmə mərhələnin Azərbaycanla son matçı da belə oldu. Azərbaycan üzərində qələbə də mənim üçün digər görüşlər kimi xüsusidi”.
 
"Aberdin” klubunun hücumameyilli oyunçusu gələnilki hədəflərindən də söz açıb. O, həmçinin gələn il Azərbaycana qələbə dalınca gələcəklərini vurğulayıb: "Gələn ilin mart ayından etibarən daha gərgin oyunlar keçirəcəyik. Çünki turdan-tura həyəcan artır. Seçmə mərhələnin qarşıdakı 3 matçında maksimum nəticə göstərməliyik. İlk olaraq Norveçi qəbul edəcək, ardından isə Azərbaycan və San-Marino ilə qarşılaşacağıq. Çətin olacağını bilirik, amma yeganə məqsədimiz bu 3 görüşdə 9 xal toplamaqdı. Norveçi evdə məğlub edib, Azərbaycan və San-Marinoya da 3 xal dalınca gedəcəyik. İnanıram ki, son illər qazandığımız özünəinam bu görüşlərdə də köməyimizə çatacaq. Baş məşqçimiz komandada böyük ruh yüksəkliyi yaradıb. Bu, məni gələcəyə nikbin baxmağa vadar edir”. Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyun ayının 10-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!