Azərbaycana daha bir hərbi əsir qaytarıldı

Azərbaycana daha bir hərbi əsir qaytarıldı
SİYASƏT
21:51 28.01.2021
1278

Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib. 

"İnterfaks”ın yaydığı xəbər görə, bu barədə Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov məlumat verib.

 

Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının vasitəçiliyilə 2020-ci ilin dekabrın 14 və 28-də də əsirlərin mübadiləsi baş tutub.

 ///Oxu.az

OXŞAR XƏBƏRLƏR