Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir

Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
SOSİAL
16:49 21.09.2026
721
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
06:33 07.11.2026
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
06:23 07.11.2026
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
06:13 07.11.2026
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
06:03 07.11.2026
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
05:53 07.11.2026
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
05:43 07.11.2026
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
05:33 07.11.2026
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub