Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...

Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
MANŞET
15:21 01.07.2026
1129

Uşaqlar üçün nəzərdə tutulan qidaların təhlükəsizliyi yenidən gündəmə gəlib. Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidasının tərkibində sağlamlıq üçün təhlükəli toksinlər aşkarlandığı üçün məhsullar ixracatçı ölkələrə geri qaytarılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin sözlərinə görə, geri qaytarılan məhsullar Türkiyə, Gürcüstan və İsveçrədən idxal olunan uşaq qidaları olub. Laborator müayinələr zamanı həmin məhsulların insan sağlamlığı üçün risk yarada biləcək maddələr ehtiva etdiyi müəyyən edilib.

Bu ilin yanvar ayında isə "Nestle" şirkəti körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri olaraq geriçağırma qərarı qəbul edib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağırılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların Bacillus cereus bakteriyasının yaratdığı sereulid toksini ilə çirklənmə ehtimalı olub.

Bununla belə, "Nestle"nin geriçağırılan həmin məhsullarının Azərbaycana idxal edilmədiyi bildirilib.

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ölkəyə idxal olunan bütün qida məhsulları mütəmadi laborator analizlərdən keçirilməlidir.


"Laborator müayinələrin nəticələrinə əsasən yalnız insan sağlamlığı üçün təhlükə yaratmayan məhsulların idxalına və satışına icazə verilməlidir. Uşaq qidaları xüsusilə riskli məhsul kateqoriyasına aid olduğundan onlara daha ciddi nəzarət edilir. Risk əsaslı yanaşmaya uyğun olaraq uşaq qidalarının hər partiyası laborator analizdən keçirilir. Bu məhsulların tərkibində süd və digər həssas inqrediyentlərin olması nəzərə alınaraq daha sərt nəzarət mexanizmi tətbiq olunur.

Uşaq qidalarında hər hansı uyğunsuzluq aşkar edildikdə məhsulun partiya nömrələri müəyyənləşdirilir və izləmə sistemi vasitəsilə həmin partiyaya aid məhsullar bazardan yığışdırılır. Daha sonra məhsullar ya qanunvericiliyə uyğun qaydada utilizasiya edilir, ya da idxalçı şirkət vasitəsilə ixracatçı ölkəyə geri qaytarılır", – deyə ekspert bildirib.

S.Qafarov valideynlərə də mühüm tövsiyələr verib:

"Valideynlər uşaq qidalarını alarkən ilk növbədə qablaşdırmanın bütövlüyünə və etiket üzərindəki məlumatlara diqqət yetirməlidirlər. Məhsulun son istifadə tarixi, saxlanma şəraiti və digər vacib məlumatlar mütləq yoxlanılmalıdır.

Qablaşdırma açıldıqdan sonra da məhsulun vəziyyəti diqqətlə qiymətləndirilməlidir. Əgər qidada nəmlənmə, topalaşma və ya normal görünüşdən fərqli hər hansı dəyişiklik müşahidə olunarsa, həmin məhsuldan istifadə edilməməlidir. Bu, məhsulun uyğun temperaturda və düzgün şəraitdə saxlanılmadığını göstərə bilər".

Pediatr Qoşqar İsmayılov isə bildirib ki, uşaqlar üçün ən ideal qida ana südüdür.


"Əgər ana südü varsa, uşaq doğulduğu gündən 2 yaşına qədər ana südü qəbul etməlidir. Xüsusilə ilk 6 ay ərzində körpənin heç bir əlavə qidaya ehtiyacı olmur. Altıncı aydan sonra isə ana südü ilə yanaşı, uşağın müxtəlif qidaları tanıması üçün əlavə qidalara başlanıla bilər.

Lakin bəzi hallarda, xüsusilə keysəriyyə əməliyyatından sonra analarda südün azalması və ya kəsilməsi müşahidə olunur. Belə hallarda həkim məsləhəti ilə xüsusi uşaq qidalarından istifadə etmək mümkündür", – deyə pediatr vurğulayıb.

Onun sözlərinə görə, süni uşaq qidaları bütün uşaqlarda eyni təsir göstərmir.

"İnək südünün tərkibində yüksək miqdarda kazein və protein olduğu üçün bəzi uşaqlarda qəbizlik və köp yarada bilər. Ana südündə də kazein mövcuddur, lakin onun miqdarı daha azdır. Süni qidalar bəzi uşaqlarda qəbizliyə, digərlərində isə əksinə, daha tez-tez nəcis ifrazına səbəb ola bilər.

Müalicəvi uşaq qidaları isə yalnız həkim tövsiyəsi ilə istifadə edilməlidir. Allergiyası, qusma və ya digər sağlamlıq problemləri olan uşaqlar üçün xüsusi qida növləri mövcuddur", – deyə Q.İsmayılov bildirib.

Pediatr əlavə edib ki, keyfiyyətsiz məhsullar uşaqlar üçün ciddi sağlamlıq riski yaradır.

"Belə məhsullar ümumiyyətlə satışda olmamalıdır. Düzgün saxlanılmayan, günəş şüalarının təsirindən tərkibi dəyişən və ya istehsal prosesində problem yaranan qidalar uşaqların sağlamlığı üçün təhlükə yaradır. Bu hallar aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və belə məhsulların satışına yol verilməməlidir", – deyə pediatr qeyd edib.

 

Şəhanə Ziyad 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
02:20 29.10.2026
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
Dörd bürcün həyatında çətinliklər geridə qalır
02:10 29.10.2026
Dörd bürcün həyatında çətinliklər geridə qalır
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
02:00 29.10.2026
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
Həkimlər problemini tapa bilmirlər - FOTO
01:53 29.10.2026
Həkimlər problemini tapa bilmirlər - FOTO