Azərbaycana investisiya qoyuluşu 18% azaldı

Azərbaycana investisiya qoyuluşu 18% azaldı
İQTİSADİYYAT
18:46 13.08.2018
5308

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 457,3 mln. manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinə xəbər verir ki, ümumi sərmayənin 72,5%i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 71,1%i məhsul istehsalı obyektlərinin, 21,1%i xidmət sahələri üzrə obyektlərin, 7,8%i isə ümumi sahəsi 1097,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, bank kreditləri 13,7%, büdcə vəsaitləri 24,9%, əhalinin şəxsi vəsaitləri 6,3%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,7% təşkil edib.

7 ay ərzində Naxçıvan MR-da Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1” və "Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo” oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq "Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda "Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan MR-da bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagird yerlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və s. obyektlər istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu