Azərbaycana keçmək istəyən erməni saxlanıldı

SOSİAL
15:19 13.08.2016
2744
Azərbaycana keçmək istəyən erməni saxlanılıb.
Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR