‘Azərbaycana qarşı ikili standartlar yürüdülür’ – Elmar Məmmədyarov

‘Azərbaycana qarşı ikili standartlar yürüdülür’ –  Elmar Məmmədyarov
SİYASƏT
00:38 12.09.2014
963

“Avropa İttifaqında bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartlar yürüdülür".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avstriyalı həmkarı Sebastyan Kurtsla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərin bəzi məmurları, deputatları və jurnalistləri tərəfindən vaxtaşırı separatçı rejimi dəstəkləyən fikir və addımlar sərgilənir: "Onlara hansısa şəkildə xəbərdarlıq olunmur, heç bir tədbir görülmür. Halbuki bizim də hörmət etdiyimiz və tanıdığımız beynəlxalq hüquq prinsiplərinə görə, digər dövlətin suverenliyinə hörmət etmək, onun ərazilərinə daxil olarkən qanunları ilə hesablaşmaq lazımdır. Təəssüf ki, bir sıra məsələlərdə Azərbaycana qarşı ikili standart görürük. Bu ikili standart Qarabağ münaqişəsinin də ədalətli həllinə mane olur".

Nazir qeyd edib ki, qanunsuz səfərlərin qarşısını almaq üçün Azərbaycan bu addımı atan şəxslərin adlarını dərhal qara siyahıya daxil edir: "Lakin bu da mövcud problemin qarşısını almaq üçün yetərli deyil. Konkret hansı addım atılmadır deyə bilmərəm, amma bircə onu deyim ki, siz Avropa İttifaq ölkələrindən birinə vizasız səfər etsəniz, həbs olunarsınız, Avropa İttifaqından xaric edilərsiniz. Həmçinin sizin Avropa İttifaqına girişinizə ömürlük qadağa qoyular".

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa böyük önəm verir: "Bizim iqtisadi münasibətlərimiz son illərdə sürətlə artıb. Assosiativ Sazişə də Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan nəinki iqtisadi və siyasi münasibətləri inkişaf etdirmək, Avropa İttifaqı ilə strateji tərəfdaşı olmaq niyyətindədir. Bizim tərəfimizdən Avropa İttifaqına qarşı ancaq isti münasibətlər var. İstərdik ki, bu münasibətlər qarşılıqlı olsun".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub