“Azərbaycan avrointeqrassiya prossesini sürətlə davam etdirir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında milli məclisin deputatı Aydın Abbasov, Azərbaycanın Avropa ölkələri ilə olan münasibətini şərh edərkən söyləyib:
“Azərbaycan regionda müstəqil siyasət aparan bir dövlətdir və coğrafi baxımdan çox strateji bir yerdə yerləşir. Bu gün bizim Avropa ölkələri ilə və Ermənistanı çıxmaq şərti ilə qonşu ölkələrlə heç bir problemimiz yoxdur. Təbii ki, müstəqil siyasətimizin əleyhinə olan müəyyən qüvvələr var ki, onlar bizə qarşı qərəzli mövqedə dururlar. Bununda ən başlıca səbəblərindən biri iqtisadi inkişafımız və apardığımız uğurlu siyasətimizdir”.
Əfsələddin Ağalarov