"Azərbaycana qarşı siyasi təzyiqlər və sanksiyalara başlanması ABŞ-Erməni assambleyasının təlimatıdır"

SİYASƏT
14:18 08.10.2024
1364
"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken tərəfindən Azərbaycana qarşı siyasi təzyiqlər və sanksiyalara başlanması ABŞ-Erməni assambleyasının təlimatı və tapşırığı əsasında həyata keçirilib".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə ABŞ-nin Azərbaycana qarşı yürütdüyü riyakar fəaliyyətlərdən danışarkən deyib.
 
Politoloq əlavə edib ki, ABŞ həqiqətən sülh tərəfdaşıdırsa, bu cür absurd qərarların verilməsinə mane olmalıdır:
 
"Əgər ABŞ Azərbaycanla Ermənistan arasında sülh tərəfdarıdırsa, bu məsələdə vasitəçilik etməkdə maraqlıdırsa həmçinin Cənubi Qafqazda Azərbaycanla münasibətlərin normallaşmasını hədəfləyirsə, əlbəttə ki, bu kimi qərarların, sanskiyaların qəbul edilməsi ABŞ-nin regional siyasətinə çox böyük zərbə endirəcək. Azərbaycan MDB ölkələrini çıxmaq şərtiylə, Rusiyanın heç bir layihələrində yer almır. Azərbaycanın öz müstəqil gündəmi var. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam əldə etmiş ölkəyik. Ermənistanın təklifiylə ABŞ 13 bənddən ibarət sülh sazişinə Azərbaycanın da imza atmasını istəyir. Amma bu uzun illərin münaqişəsidir. Azərbaycanın artıq ərazi bütövlüyü təmin edilib. Biz yekun sülh müqaviləsinin bağlanmasının tərəfdarıyıq. Görünür, bu ABŞ-ni çox narahat edən bir faktordur. Onlar Azərbaycanın müstəqil siyasətini həzm edə bilmirlər. İnsan hüquqları demokratiyasını təzyiq kimi istifadə etmək üçün gündəmə gətirirlər. Düşünürəm ki, ABŞ Azərbaycanın regionda strateji önəmini bilir. Həmin ölkədəki seçkilərdən sonra - noyabrda tərəflər arasında münasibətlər normallaşacaq".
 
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Konqresinin üzvləri dövlət katibi Entoni Blinkenə məktub ünvanlayaraq Azərbaycandan guya sülh prosesinə xələl gətirə biləcək bəyanatlardan imtinaya məcbur etmək tələb olunub.
 
Onu da əlavə edək ki, Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyiblər.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq