Bu gecədən etibarən Türkiyəyə güclü küləklə müşayiət olunan yeni soyuq və yağışlı hava axını daxil olub,
AZXEBER.COM-un“Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Hava Yolları kəskin hava şəraiti ilə bağlı 40 təyyarə reysini ləğv edib. Türkiyə Hava Yollarının rəsmi internet saytında yerləşdirilən məlumatda qeyd edilir ki, bu gün daxili səfərlərlə bərabər Bakı, Cenevrə, Hamburq səfərləri də ləğv edilib.