ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri və bu çərçivədə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Mətbuata verilən bəyanatlarda vurğulandığı kimi, mövcud əməkdaşlıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda geniş geosiyasi və iqtisadi məna kəsb edir.
Azərbaycan–ABŞ münasibətləri təkcə iki dövlət arasında qurulan əlaqələr deyil, həm də regional və qlobal sabitliyə töhfə verən strateji əməkdaşlıq modelidir. Dünyanın aparıcı güclərindən biri ilə formalaşmış tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir, ölkəmizin suverenliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.
Bu əməkdaşlıq siyasi dialoqun dərinləşdirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi ilə yanaşı, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə də töhfə verir.
Qarşılıqlı hörmətə, ortaq maraqlara və gələcəyə hesablanmış praqmatik siyasətə əsaslanan Azərbaycan–ABŞ tərəfdaşlığı yeni və daha uğurlu inkişaf mərhələsinə qədəm qoyur.
Asif Hacıyev
Göygöl RİHB-nın Göyçəkənd kənd İƏD üzrə nümayəndəsi










































