Azərbaycanda 1000 kişiyə 1006 qadın düşür - Əhalinin sayı açıqlandı

Azərbaycanda 1000 kişiyə 1006 qadın düşür - Əhalinin sayı açıqlandı
SOSİAL
17:03 15.09.2017
977
Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9858860 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZXEBER.COM-a verilən xəbərə görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir.
Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. 
OXŞAR XƏBƏRLƏR