Azərbaycanda 11 yaşlı qız evində yanaraq öldü

MAQAZİN
17:04 14.03.2013
2157

Zərdab rayonunda evin od tutması nəticəsində 11 yaşlı uşaq yanaraq dünyasını dəyişib.

Zərdab Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Bəyimli kəndində qeydə alınıb.Belə ki, Qəbələ rayon sakini Nazim Siracəddin oğlu Əzizova məxsus qışlaq yatağında qamışdan tikilmiş 5 otaqlı evdə yanğın olub.Yanğınsöndürənlər tərəfindən yanğın söndürülsə də, hadisə zamanı orda çoban işləyən Zərdabın Gödəkqolu kənd sakini Ramiz Novruzovun 11 yaşlı uşağı Lalə Novruzova yanaraq dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR