16:18 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Azərbaycanda 11 yaşlı qız qonşusuna baxıb özünü asdı

14:05, 06.01.20142484
Azərbaycanda 11 yaşlı qız qonşusuna baxıb özünü asdı

Yanvarın 5-də Şamaxı rayonunda azyaşlı qız özünü asıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Göylər kəndində 2002-ci il təvəllüdlü Səlimova Pərvanə Hafiz qızı özünü asıb. 11 yaşlı qız yaşadığı evin həyətindəki tövlədə intihar edib.

Hadisə vaxtı tövlənin yaxınlığından keçən P. Səlimovanın anası onun səsini eşidib və tövləyə girdikdə qızını asılı vəziyyətdə görüb. Haray salan qadın qonşularının və ailə üzvlərinin köməkliyi ilə qızını ağır vəziyyətdə Ağsu rayon Xəstəxanasına gətirib.

Xəstəxanaya daxil olarkən koma vəziyyətində olan 11 yaşlı qız reanimasiyada saxlanılır. P. Səlimovanı komadan ayıltmaq hələlik mümkün olmayıb.

Lent.az-ın məlumatına görə, dekabrın 30-da Göylər kəndində daha bir intihar hadisəsi baş verib. 1999-cu il təvəllüdlü İsmayılova Nuranə Aqil qızı özünü nənəsinin evində asıb. Yaxınlarının bildirdiyinə görə, bu hadisə 11 yaşlı Pərvanəyə pis təsir edib. Ailə üzvlərinin və digərlərinin 14 yaşlı N. İsmayılovanın özünü asması barədə danışması onda maraq doğurub. Bildirilir ki, P. Səlimova da məhz qonşuluqda yaşayan 14 yaşlı qızın intiharını təqlid edərkən bu hadisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ