Azərbaycanda 15 hərbçi öldü, 9 nəfər yaralandı

Azərbaycanda 15 hərbçi öldü, 9 nəfər yaralandı
11:23 05.03.2013
3553

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri açıqlayıb. Mərkəzin İnformasiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, ölənlərin sayı 15 nəfər təşkil edib.

Ötən müddətdə 9 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (2 nəfər erməni gülləsi), 13-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 1 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 2 nəfər intihar edib. Dünyasını dəyişənlərin 13-ü Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər) onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si mülki şəxslərlə davadan, 1-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1-i bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 1-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

OXŞAR XƏBƏRLƏR