Azərbaycanda 15 yaşında özündən böyük qızla zorla nişanlandırılan oğlan tapıldı - VİDEO

Azərbaycanda 15 yaşında özündən böyük qızla zorla nişanlandırılan oğlan tapıldı - VİDEO
SOSİAL
01:06 28.09.2016
8504

Dünən sizə 15 yaşlı yeniyetmənin nişanlanması ilə bağlı bir xəbər təqdim etmişdik. Xəbərdə Kürdəmirin bir kəndində valideynləri tərəfindən zorla nişanlanan oğlandan danışmışdıq. Bu gün əməkdaşlarımız həmin kənddə - Kürdəmirin Çölərəbqubalı kəndində olublar. Məlum olub ki, uşaq belə demək mümkünsə, adət-ənənələrin qurbanı olub.

XXI əsrdə göbəkkəsdi adətləri...

Dədə-babadan qalma ənənələrə riayət etməklə övladının gələcəyi ilə oynayan valideynlər. Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.

Həmin hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. "XəzərXəbər" həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə vermədi. Sadəcə "bu, bizdə el adətidir" deməklə kifayətləndi.

Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.

Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər.

İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədirlər.

Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.

Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq. (xezerxeber)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı