Azərbaycanda 15 yaşında özündən böyük qızla zorla nişanlandırılan oğlan tapıldı - VİDEO

Azərbaycanda 15 yaşında özündən böyük qızla zorla nişanlandırılan oğlan tapıldı - VİDEO
SOSİAL
01:06 28.09.2016
8597

Dünən sizə 15 yaşlı yeniyetmənin nişanlanması ilə bağlı bir xəbər təqdim etmişdik. Xəbərdə Kürdəmirin bir kəndində valideynləri tərəfindən zorla nişanlanan oğlandan danışmışdıq. Bu gün əməkdaşlarımız həmin kənddə - Kürdəmirin Çölərəbqubalı kəndində olublar. Məlum olub ki, uşaq belə demək mümkünsə, adət-ənənələrin qurbanı olub.

XXI əsrdə göbəkkəsdi adətləri...

Dədə-babadan qalma ənənələrə riayət etməklə övladının gələcəyi ilə oynayan valideynlər. Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.

Həmin hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. "XəzərXəbər" həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə vermədi. Sadəcə "bu, bizdə el adətidir" deməklə kifayətləndi.

Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.

Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər.

İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədirlər.

Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.

Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq. (xezerxeber)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniya kəşfiyyatı: Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır
19:33 03.09.2025
Britaniya kəşfiyyatı: Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır
La Liqa klubunun futbolçusu 10 gün məşqlərdən və oyunlardan kənarlaşdırılıb
19:16 03.09.2025
La Liqa klubunun futbolçusu 10 gün məşqlərdən və oyunlardan kənarlaşdırılıb
Avstraliya Rusiyaya bağlı 14 şəxsə qarşı sanksiyalar tətbiq edib
19:01 03.09.2025
Avstraliya Rusiyaya bağlı 14 şəxsə qarşı sanksiyalar tətbiq edib
Beynəlxalq Valyuta Fondu Ukraynada fəaliyyətə başlayıb
18:51 03.09.2025
Beynəlxalq Valyuta Fondu Ukraynada fəaliyyətə başlayıb
XİN rəhbəri Fələstin dövlətinin yaradılması üçün İsrailin şərtini açıqlayıb
18:40 03.09.2025
XİN rəhbəri Fələstin dövlətinin yaradılması üçün İsrailin şərtini açıqlayıb
Britaniya XİN: Sanksiya qoyulan rusiyalılar ukraynalı uşaqların deportasiyasında iştirak edir
18:29 03.09.2025
Britaniya XİN: Sanksiya qoyulan rusiyalılar ukraynalı uşaqların deportasiyasında iştirak edir
London Rusiyaya qarşı sanksiyaları genişləndirib
18:14 03.09.2025
London Rusiyaya qarşı sanksiyaları genişləndirib
Estoniya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır
17:57 03.09.2025
Estoniya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır
Trampla Zelenski arasında danışıqlar olacaq
17:49 03.09.2025
Trampla Zelenski arasında danışıqlar olacaq
Fahriye 40 milyonluq reklama çəkiləcək
17:33 03.09.2025
Fahriye 40 milyonluq reklama çəkiləcək
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb
17:25 03.09.2025
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb
Saniyələr içində hər yeri təmizlədilər - Putin-Kim görüşündə qeyri-adi anlar - VİDEO
17:21 03.09.2025
Saniyələr içində hər yeri təmizlədilər - Putin-Kim görüşündə qeyri-adi anlar - VİDEO
Aparıcının oğlu günlər sonra qəbul mesajı aldı
17:18 03.09.2025
Aparıcının oğlu günlər sonra qəbul mesajı aldı
Moskvaya gedən bir qrup azərbaycanlı "Domodedovo"dan geri qaytarılır - VİDEO
17:09 03.09.2025
Moskvaya gedən bir qrup azərbaycanlı "Domodedovo"dan geri qaytarılır - VİDEO
"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşdi
17:06 03.09.2025
"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşdi
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi
17:01 03.09.2025
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi