“Azərbaycanda 15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”

SOSİAL
21:54 11.08.2020
7483
Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı qərar verilib.  Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqadan məhrum edilib.

Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!

Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə M.Zeynalova statusunda qeyd edib.

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet