Azərbaycanda 17 yaşlı qız intihar etdi

Azərbaycanda 17 yaşlı qız intihar etdi
SOSİAL
10:13 08.06.2020
711
Oğuzda gənc qız özünü asıb.

AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Zərrab kəndində baş verib.

Kənd sakini 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR