Azərbaycanda 18 yaşlı qız və sevgilisindən dəhşətli əməl

Azərbaycanda 18 yaşlı qız və sevgilisindən dəhşətli əməl
SOSİAL
13:58 25.05.2022
1575
Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, A.Bayramova və İ.Əliyev saxlanılıb.

Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olublar. Tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq ziyan vurduğu aşkarlanıb.

Araşdırmalarla A.Bayramovanın 2004, İ.Əliyevin 1998-ci il təvəllüdlü olduğu, daha əvvəl də oğurluq əməlləri törətdikləri məlum olub.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR