Azərbaycanda 2 milyona yaxın insan siğorta olunub

Azərbaycanda 2 milyona yaxın insan siğorta olunub
Bütün Xəbərlər
12:09 09.04.2012
983
2012-ci ilin ilk rübündə Dövlət Sosial Müdafiə Fondu 12 036 sığortaolunana sosial sığorta nömrəsi verib və onlar üçün fərdi hesab açılıb. 2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 milyon 978 890 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb.  Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir.
OXŞAR XƏBƏRLƏR