2016-ci ilin sonuna sayılı saatlar qalır.
AZXEBER.COM bu ilin parlayan, məşhurlaşan ulduzların siyahısını hazırlayıb.
Maraqlıdır ki, bu il Azərbaycan şou-biznesində populyarlaşan müğənnilər televiziyalarda deyil, sosial şəbəkələr vasitəsilə tanınıblar.
Həmin ifaçıların siyahısını təqdim edirik:
Asif Məhərrəmov - "Gecə gecə" mahnısıyla internetin ən reytinqli müğənnisi oldu. Həmin ifaya "youtube"də 5 milyondan çox insan baxıb.
Çinarə Məlikzadə - 2016-ci ilin son aylarında parladı. Evdə oxuduğu mahnılarla milyonların sevimlisinə çevrilib, Çinarəni sosial şəbəkələrin fenomeni də adlandıra bilərik.
Nuray Məhərov: Nuray da bu il parlayan müğənnilərdən oldu. Onun "Doğum günü" mahnısı ilin ən çox dinlənilən mahnılarından oldu.
Elvina - Narkomaniya əleyhinə çəkilən "Buz kimi" mahnısının ifaçısı olan Elvinanın klipinə 1 ay ərzində yarım milyona yaxın baxış olub.
Vasif Əzimov: Bir neçə ildir səhnədə olan müğənni 2016-ci ilin ən çox parlayan simalarından oldu. Həm bəstələri, həm də ifaları ilə Vasif gündəmə tez-tez gəldi.
Tamara Muradova: Tamara bu il Türkiyə şou-biznesinə və onların TV-lərinə çıxış qazanan azsaylı müğənnilərdən oldu. Müğənninin "Gidiyorum" klipi qardaş ölkənin məşhur Kral, Powertürk televiziyalarında yayımlanır. Tamara xaraktercə qalmaqaldan uzaq olduğu üçün, gündəmə yalnız öz işləriylə gəldi.
İfrat: "Youtube"də ən çox baxış toplayan müğənnilərdən oldu. Onun mahnılarını 5 milyona yaxın insan dinlədi.
Nigar Muharrem: "İnternetin ulduzlarından oldu. Onun "Omuzumda ağlayan bir sən" mahnısının baxışı 1 milyonu ötüb.
Sura: 2016-ci ilin ən uğurlu ifaçılarından oldu. Bu il məşhurlaşan müğənni şəxsi həyatıyla bağlı səhnədən uzaqlaşdı.
Damla: 2016-ci il müğənni üçün çox düşərli oldu. İstər toy baxımından, istərsə də efir baxımından müğənni rəqib tanımadı.