Azərbaycanda 21 günlük körpə sarılıqdan öldü

Azərbaycanda 21 günlük körpə sarılıqdan öldü
SOSİAL
10:09 14.05.2020
748
Azərbaycanda yeni doğulan körpə ölüb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb. Lakin sonradan uşağın səhhətində problem yaranıb. 

Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına yerləşdirib. S.Babayevə "dəqiqləşdirilməmiş mental sarılıq” diaqnozu qoyulub. O, müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR