Azərbaycanda 22 yaşlı gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyüldü

Azərbaycanda 22 yaşlı gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyüldü
SOSİAL
22:22 03.10.2018
8277

Zaqatala rayonunda gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Ləman Tərlan qızı İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan "Report”a bildirilib ki, L.İbrahimova müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Qadına lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR