Azərbaycanda 22 yaşlı qıza meyitdən orqan köçürüldü - VİDEO

Azərbaycanda 22 yaşlı qıza meyitdən orqan köçürüldü - VİDEO
SOSİAL
23:15 17.09.2025
336
22 yaşlı qız meyiddən köçürülən qaraciyərlə yaşayır... Mənzər Şərifova Azərbaycanda meyitdən orqan transplantasiya edilən ilk insanlardandır.

AZXEBER.COM xəbər verir ki, "Xəzər Xəbər"ə danışan Mənzər Şərifova  deyir ki, 2 il öncə birdən-birə səhhətindən ciddi problemlər başlayıb. Həkimə gedən zaman isə ona ağır qaraciyər serrozu diaqnozu qoyulub.

Mənzərin həyat mübarizəsi bundan sonra başlayıb. Beləcə, 2 il müddətində ağır müalicələr və puca çıxan ümidlər...

Fevral ayında gələn o zəngə kimi...

Dediyinə görə, qaraciyəri ona köçürülən şəxsin adını, özünü, hətta ailəsini belə tanımır.

OXŞAR XƏBƏRLƏR