Azərbaycanda 23 yaşlı oğlan 24 yaşlı həmyerlisini öldürdü

Azərbaycanda 23 yaşlı oğlan 24 yaşlı həmyerlisini öldürdü
11:30 19.03.2013
1072
Neftçala rayonunda qətl hadisəsi baş verib.Bu barədə Neftçala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ötən gün saat 20.00 radələrində Neftçala rayonunun Oryad kəndində qeydə alınıb. Kürkənd sakini, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Afət oğlu münaqişə zəminində Oryad kənd sakini 1989-cu il təvəllüdlü Əsgərov Aydın Məhərrəm oğlunu ürək nahiyəsindən bıçaqla vurub. Aydın Əsgərov Neftçala Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Rüfət Bağırov saxlanılıb. Qətlin səbəbləri istintaq tərəfindən araşdırılır.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. //APA

OXŞAR XƏBƏRLƏR