Abşeron rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Hadisə rayonun Masazır qəsəbəsində baş verib. Goranboy rayon sakini, 23 yaşlı Mikayıl Mehman oğlu Yusifov özünü yük qaldırıcı krandan yerə atıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhumun bir xanım tərəfindən xəyanətə uğradığı üçün intihar etdiyi iddia edilib.
Faktla bağlı araşdırma başladılıb.