Azərbaycanda 27 yaşlı qadın itkin düşüb - FOTO

Azərbaycanda 27 yaşlı qadın itkin düşüb - FOTO
SOSİAL
11:49 08.04.2023
395

Goranboyda qadın itkin düşüb.

APA-nın yerli bürosuna itkin düşən qadının atası Seymur Əhmədov məlum verib. 

O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda qadının axtarışları davam edir.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
 

 


OXŞAR XƏBƏRLƏR