Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü

Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü
SOSİAL
11:34 12.07.2019
6269
 

İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR