Kürdəmir rayonunda 32 yaşlı qadının körpəsi ölü doğulub.
Hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Qorxmaz qızı Bayramova ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər qadına səhhətinin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıblar.
Bu gün səhər saatlarında qadının halı qəfildən pisləşib və yenidən xəstəxanaya gətirilib. Həkimlər qadının vəziyyətinin ağırlaşması səbəbindən onu əməliyyata götürüblər. Əməliyyatdan sonra R.Bayramovanın yaxınlarına körpənin tələf olduğu bildirilib.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu, qadının 5-ci hamiləliyi olub.
///report