Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.
AZXEBER.COM xəbər verir ki, Trend-in NMR-ın Rabitə və İnformasiya Texnologiyaları Naziri Rövşən Məmmədova istinadan məlumatına görə, şirkətin prioritet planları arasında Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir.
“Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil, və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir”, deyə Məmmədov bildirdi.