Azərbaycanda 4 gün komada qalan hamilə qadın körpə dünyaya gətirdi

Azərbaycanda 4 gün komada qalan hamilə qadın körpə dünyaya gətirdi
SOSİAL
11:35 10.04.2025
299
4 gün komada qalan hamilə qadın KTM-də sağlam körpə dünyaya gətirib

AZXEBER.COM xəbər verir ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın  qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.

4 gün həmin şöbədə komada qalan hamilə pasiyent şöbə müdiri Gülnar Süleymanova və digər həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb.
 
Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib. 

Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR