Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarıldı

Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarıldı
İQTİSADİYYAT
10:30 06.12.2023
277
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə "qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlayıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən "qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
15:15 13.05.2025
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
15:03 13.05.2025
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
14:54 13.05.2025
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
14:52 13.05.2025
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
14:47 13.05.2025
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
14:38 13.05.2025
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
14:33 13.05.2025
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması