Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib.
AZXEBER.COM Təhsil Nazirliyinə istinadən xəbər xəbər verir ki, sorğunun nəticələrinə əsasən, çoxluq (45,7 %) bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini təklif edib.
19,5 faiz yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsi, 17,2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 6,3 faiz isə yalnız V-IX siniflər üzrə tədris distant formaya keçirilməsi bəndini seçiblər.
