Azərbaycanda 48 yaşlı kişi arı sancmasından öldü - VİDEO

Azərbaycanda 48 yaşlı kişi arı sancmasından öldü - VİDEO
SOSİAL
22:31 02.05.2026
772
Tərtər rayonun Düyərli kəndində arı sancan kişi dünyasını dəyişib.

AZXEBER.COM Xezrexeber.az-a istinadən məlumatına görə, əslən Kəlbəcər rayonundan olan 48 yaşlı Nazim Əmrahov Bakıda yaşasa da, özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı yaradıb.

Ötən il yaylaqdan gəldikdə təsərrüfatını Tərtərin Düyərli kəndində yaşayan qohumunun həyətinə yığıb.

Qohumlarının sözlərinə görə, mərhumun arı sancmasına qarşı allergiyası olub. Elə buna görə də daim özü ilə vaksin götürüb.

Nazim Əmrahov təcili tibbi yardım avtomobili ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümükün olmayıb.  

OXŞAR XƏBƏRLƏR