Dron hücumunda ölən azərbaycanlıların adları

Dron hücumunda ölən azərbaycanlıların adları
SOSİAL
20:16 05.06.2026
177
Dron hücumu zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən dördünün kimliyi dəqiqləşib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, hücuma məruz qalan "Circon” gəminin kapitanı Fuad Orucov və böyük mexanik Qismət Əliyev həlak olublar.

"Natra” gəmisində isə kapitan Rəcəb Əhədov və kapitanın ikinci köməkçisi Məhəmməd Əliyev dünyasını dəyişib.

Hadisə zamanı yaralanan 3 Azərbaycan vətəndaşının vəziyyətinin normal olduğu və hazırda Rusiyanın Krasnodar diyarının Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.
OXŞAR XƏBƏRLƏR