Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb

KRİMİNAL
11:17 15.04.2024
575
Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - beş kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və beş kiloqrama yaxın metamfetamin olub.

OXŞAR XƏBƏRLƏR