Azərbaycanda 5 uşaq anası özünü asdı

SOSİAL
10:29 25.05.2019
6053
Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.

AZXEBER.COM-un Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.

Məlumata görə, qadın 5 uşaq anasıdır. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR