Azərbaycanda 5000 manat qazanmaq şansı

İDMAN
10:36 26.01.2013
1783
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Sərəncamını nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi" I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib.AZXEBER.COM Gənclər və İdman Nazirliyinə istinadən əsas şərtləri təqdim edir:Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər. Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:loqotipin ağ-qara həlliloqotipin rəngli həlliloqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected]/* */ elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:I yer - 5000 AZNII yer (laureat) - 3000 AZNIII yer (laureat) - 2000 AZNMüsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.Əlaqələndirici şəxs: Ülviyyə ZeynalovaTelefon: 465-84-15; 051-992 06 20E.mail: [email protected]/* */

OXŞAR XƏBƏRLƏR