Azərbaycanda 55 yaşlı kişi bıçaqlanıb

Azərbaycanda 55 yaşlı kişi bıçaqlanıb
SOSİAL
18:22 25.03.2023
142
Göygöldə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Səftar Məmmədov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR