Türkiyənin “Tekfen İnşaat” şirkəti Bakıda tikdiyi olimpiya stadionu ilə bağlı açıqlama yayıb. Azerisport.az şirkətin saytına istinadən xəbər verir ki, həmin arenanın şirkət tərəfindən tikiləcək ikinci stadion olduğu bildirilir.Qeyd edilib ki, 1996-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bir çox layihələrə imza atan “Tekfen”in Bakıda tikdiyi stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq.Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə rəsmi müqavilə imzalanıb. Stadionun tikintisinə bütövlükdə 640 milyon dollar (500 milyon manatdan bir az artıq) xərclənəcək. Arenanın tikintisinin 24 ay çəkəcəyi, 2015-ci ilin martında yekunlaşacağı bildirilib.