Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuş körpənin həyatda saxlanılır. ANS PRESS-in məlumatına görə, son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650 qr çəki ilə dünyaya göz açan Yusifin üzərindədir. Belə ki, 2015-ci il iyunun 19-da 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkarlanıb. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi.
Klinikanın həkim mama-ginekoloqu dr. Nigar Abbasovanın və həkim-neonatoloqu dr. Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilib və süni doğuş aparılıb. Həkimin sözlərinə görə, yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarından istifadə edərək, onu həyatda saxlamağa nail olduq.Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə, hazirda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçib. Ümid edirik ki, balaca Yusifimiz sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaq.Xatırladaq ki, bir müddət əvvəl ATU-da MDB üzrə nadir əməliyyat aparılıb. Əməliyyat nəticəsində xəstə karotid xemodektomalardan azad edilib. Həmçinin nadir şiş əməliyyatı reallaşdırılıb.

