Azərbaycanda 86 yaşlı kişi iti asaraq öldürdü, tutuldu - ŞOK VİDEO

Azərbaycanda 86 yaşlı kişi iti asaraq öldürdü, tutuldu - ŞOK VİDEO
SOSİAL
09:18 04.03.2022
3113
Xaçmaz rayonunun Gödəkli kəndində itə ağılasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "oxu.az"-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb.

"Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) tədbir görülüb".

OXŞAR XƏBƏRLƏR